Ermənistanın itkiləri dayanmadan artır: “1383 əsgərimiz öldü”

Az.shafaqna.com “Gazeta”-ya istinadən xəbər verir ki, Azərbaycanın işğal edilmiş torpaqlarında qurulmuş qondarma Dağlıq Qarabağ rejimi daha 44 hərbçisinin Azərbaycan ordusu tərəfindən məhv edildiyini etiraf edib.

Beləliklə də, 27 sentyabrdan indiyədək separatçı və işğalçı rejim 1383 canlı qüvvə itkisini açıqlayıb.

Qeyd edək ki, həqiqətdə erməni tərəfinin itkiləri deyildiyindən qat-qat çoxdur.

Bu məqaləni paylaş