
Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Efiopiyanın şimalında yerləşən Tıqray regionunda dinc sakinlərin kütləvi qətli baş verib.
Bu barədə “Amnesty International”-ın (AI) hesabatında deyilib.
“AI bu gün təsdiq edə bilər ki, onlarla, bəlkə də, yüzlərlə insan 9 noyabra keçən gecə May-Kadra şəhərində ölümcül surətdə parçalanıb və ya doğranıb”, – deyə qeyd edilib.
Qətlə yetirilənlərin böyük hissəsi şəhərin mərkəzində və Xumera şəhərinə aparan yolun kənarında aşkar edilib.
May-Kadradan öldürülən insanların dəqiq sayı hazırda bəlli deyil, lakin yerli KİV-lərin məlumatına görə, təxminən 500 insan qırğının qurbanına çevrilib.






























