Az.shafaqna.com SANA-ya istinadən xəbər verir ki, Suriyanın şimal-şərqində yerləşən Hələb əyalətinin əl-Bab şəhərində terror aktı törədilib.

İçərisinə partlacıyı quraşdırılmış avtomobilin partlaması nəticəsində 4 nəfər xəsarət alıb.

Yerli mənbələrin məlumatına görə, partlayış qaçaq yanacaq bazarının yanında baş verib.

İnsident nəticəsində maddi ziyanın da dəyidiyi bildirilir.