Az.shafaqna.com ANI-ya istinadən xəbər verir ki, Hindistandakı zərgərlik mağazası brilliant naxışlarla işlənmiş qoruyucu maskaların satışı ilə məşğuldur.

Belə maskaların qiyməti bir neçə min dollardır.

Surat şəhərində yerləşən mağazanın sahibi bildirir ki, karantin götürüldükdən sora qarşıda toyu olan şəxs müraciət edərək bəy və gəlin üçün brilliantlı maska düzəltməyi xahiş etməsindən bu ideyanı həyata keçirməyə başlayıb.

O deyir ki, sarı qızıl və ABŞ brilliantlı maskalar var ki, qiyməti təxminən 1990 dollardır, ağ qızıl və həqiqi brilliantla bəzədilmiş digər bir maska isə 5,3 min dollardan bahadır.