Yerevanda Paşinyana qarşı yeni aksiya

Bir neçə yüz nəfərin iştirakı ilə Yerevanda opera teatrının qarşısında Ermənistanın baş naziri Nikol Paşinyanın fəaliyyətindən narazı olanların aksiyası keçirilib.

Bu barədə Az.shafaqna.com “Report”-a istinadən xəbər verir.

Bildirilib ki, polislər etirazçıları mühasirəyə alıb.

Xatırladaq ki, noyabrın 11-də Yerevanda Azadlıq meydanında Ermənistan müxalifəti mittinq keçirməyə cəhd göstərib. Onlar noyabrın 10-da Qarabağ məsələsi üzrə bəyanata etiraz ediblər. Aksiyanın təşkilatçıları Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıblar.

ETİKETLƏNDİ:
Bu məqaləni paylaş