Az.shafaqna.com “Gazeta”-ya istinadən xəbər verir ki, ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) və Yaponiya Ayın mənimsənməsi zamanı əməkdaşlığa dair razılıq əldə edib.

Əmədakşlıq bəyannaməsi NASA başçısı Cim Braydenstayn və Yaponiyanın təhsil, mədəniyyət, idman, elm və texnologiya naziri Koiti Xaqiuda tərəfindən imzalanıb.

Müqavilədə Beynəlxalq Kosmik Stansiyaya və “Artemida” kosmik proqramı, o cümlədən Yaponiyanın Ayda orbital stansiya yaratması və Ay səthlərinin mənimsənməsi ilə bağlı əməkdaşlıq planı təsvir edilib.

Qeyd edək ki, “Artemida” NASA proqramıdır. Bu proqram çərçivəsində Ayın səthinə insanların çıxarılması və Yer kürəsinin təbii peykinin səthinin araşdırılması planlaşdırılıb.