
Az.shafaqna.com RT-a istinadən xəbər verir ki, Qarabağda Türkiyənin sülhməramlıları olmayacaq.
Bu sözləri Rusiya XİN başçısı Sergey Lavrov deyib.
“Söhbət sırf stasionar, hər hansı bir səyyat missiya olmadan Azərbaycan ərazisində yerləşən mərkəzin özündən gedir”, – deyə o bildirib.
Rusiyalı nazirin sözlərinə görə, bu mərkəzdə Rusiya və Türkiyədən olan müşahidəçi və mütəxəssislər “eyni prinsiplər əsasında işləyəcəklər”.
“Türkiyə Respublikasının heç bir sülhməramlı hissəsi Dağlıq Qarabağa göndərilməyəcək”, – deyə Lavrov əlavə edib.
O, qeyd edib ki, Türkiyədən olan müşahidəçilərin mobilliyi Azərbaycandakı monitorinq mərkəzinin yerləşdiyi yerlə şərtlərşdiriləcək.
Lavrov həmçinin deyib ki, monitorinq mərkəzi PUA-ların istifadəsi ilə distant rejimdə işləyəcək.






























