
Az.shafaqna.com “Sputnik Armenia”-ya istinadən xəbər verir ki, işğalçı Ermənistan rejiminin Baş naziri Nikol Paşinyan erməni xalqına müraciət edərək Qarabağla bağlı üçtərəfli sənədə imza atmasının səbəblərini açıqlayıb.
“27 sentyabrda müharibə başladı və o, ictimai məyusluq və cavabları məndən gözlənilən bir çox suallara səbəb olmaqla başa çatdı. Lakin nəyə görə bu sərfəli olmayan sənəd imzalandı? Bu, (Ermənistan) Müdafiə Nazirliyi Silahlı Qüvvələrinin Baş Qərargahının müharibənin təcili dayandırılmalı olması haqda məruzə etməsindən, Artsax (qondarma Dağlıq Qarabağ rejimi – red.) prezidentinin saatlar içərisində Stepanakerti (Xankəndini) itirə biləcəyimiz barədə deməsindən sonra baş verdi”, – Paşinyan deyib.
O, Xankəndinin itirilməsi təhlükəsinin olduğunu qeyd edib.
“Bir çoxları deyir ki, Hadrut, Şuşanı itirmişiksə, Stepanakerti (Xankəndini) itirmə bilməyimizin nə fərqi var ki”, – deyə Paşinyan əlavə edib və vurğulayıb ki, Xankəndinin əldən verilməsi Ağdərə və Əsgəranın da əldən çıxamasına səbəb olacaqdı.
O, sözünə davam edərək bildirib ki, bu şəhərlər müharibənin ilk günlərindən arxa cəbhə olub və orada müdafiə istehkamları yox idi, həmin şəhərləri qoruya biləcək kifayət qədər döyüş qabiliyyətli qüvvə də yox idi.
“Bu şəhərlərin itirilməsi ilə müdafiə rayonlarımız düşmənin mühasirəsində olacaqdı. 20 mindən çox əsgər və zabit ölüm və əsir düşmə perspektivli halqada olacaqdı. Karvaçar (Kəlbəcər) və Kaşataqın (Laçın) süqutu qaçılmaz olacaqdı”, – deyə o əlavə edib.
Onun sözlərinə görə, artıq erməni əsgərləri də bir şey edə bilməyəcəkdilər.
“Məhz buna görə mən bu acınacaqlı müqaviləni imzaladım. Mən 25 min əsgərin həyatını öz karyeram və həyatımdam üstün tutdum”, – deyə o qeyd edib.






























