
Az.shafaqna.com “Lenta”-ya istinadən xəbər verir ki, Avstraliyada 17 yaşlı sörfer akulanın hücumuna məruz qalıb.
Hadisə Qrafton şəhərinin yaxınlığında Vuli çimərliyində baş verib.
Polisin məlumatına görə, bir neçə şahid yeniyetmənin köməyinə gəlsə də, yaralı ayağından aldığı ağır zədələrə görə dünyasını dəyişib.
Hadisədən sonra bu rayondakı çimərliklər qapadılıb.
Xatırladaq ki, cari ayın əvvəlində Avstraliyada ölümlə nəticələnən daha bir oxşar hadisə baş verib.






























