Az.shafaqna.com “Sputnik Geogia”-ya istinadən xəbər verir ki, Gürcüstan mütəxəssisləri Tbilisinin Saburtalo rayonundakı yaşayış evlərindən birində güclü partlayışın qarşısını ala biliblər.

Bu haqda “Energy Tbilisi” qazbölüşdürücü şirkəti bildirib.

Qaynar xəttə çoxmənzilli evdəki qaz sızmasına dair zəng daxil olub və dərhal hadisə yerinə xüsusi qrup yola düşüb. Cihazlar qapalı mənzildəki sızmanı təsdiqləyib. Təhlükəsizlik məqsədi ilə mütəxəssislər qazın verilişini kəsiblər.

Məlumata görə, təmirin aparıldığı mənzilə baxış zamanı məlum olub ki, qaz texniki normaların pozulması ilə çəkilib. Sızma rezin turbadakı kəsikdən baş verib.

Bildirilir ki, bu qədərə qazın toplanması güclü partlayışa, hətta qurbanların da olmasına səbəb ola bilərdi.