Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Qarabağdakı sülhməramlı əməliyyatında Rusiya Hava Kosmik Qüvvələrinin (HKQ) Mi-8 və Mi-24 vertolyotlarından da istifadə ediləcək.

8 maşın artıq Yerevandakı Aerodroma gəlib çatıb.

Bu barədə Rusiya Müdafiə Nazirliyi (MN) məlumat verib.

“Vertolyotlardan atəşkəsə və hərbi əməliyyatlara hava nəzarətin həyata keçirilməsində istifadə ediləcək”, – deyə bildirilib.

Bundan başqa, onlar sülhməramlı kontingentin şəxsi heyət və əmlakını çətinliklə gedilə bilən ərazilərə çatdıracaq.