Aleksey Navalnı həbsxanada ölüb.

Az.shafaqna.com TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Cəzaların Tətbiqi Xidməti İdarəsindən məlumat verilib.

Qeyd edilib ki, məhbus Navalnı 2024-cü il 16 fevral günü gəzintidən sonra özünü pis hiss edib və demək olar ki, dərhal huşunu itirib. Tez bir zamanda təcili tibbi yardım briqadası çağırılıb.

“Bütün zəruri reanimasiya tədbirləri keçirilib, lakin onlar müsbət nəticə verməyib. Təcili tibbi yardım həkimləri məhkumun ölüm faktını konstatasiya ediblər. Ölüm səbəbləri müəyyənləşdirilir”, – deyə qeyd edilib.