Az.shafaqna.com “İnterfaks”-a istinadən xəbər verir ki, Gürcüstan Bakı və Yeravanın istəyi əsasında Rusiya sülhməramlılarının Qarabağa göndərilməsi üçün öz hava məkanından istifadəyə icazə verib.

Bu barədə Gürcüstan Baş nazirinin Rusiya ilə əlaqələr məsələləri üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze məlumat verib.

Onun sözlərinə görə, Gürcüstan tərəfi daha öncə də sözügedən münaqişə ilə bağlı sülh prosesinin həyata keçirilməsi yardım etməyə hazırlığını ifadə edib.

Azərbaycan və Ermənistan tərəflərinin istəyi ilə, istisna olaraq, Gürcüstan Rusiya hərbi sülhməramlı kontingentinin münaqişə zonasına göndərilməsi üçün öz hava məkanından istifadəyə icazə verib”, – deyə Abaşidze qeyd edib.

O, həmçinin əlavə edib ki, bu barədə Azərbaycan və Ermənistandakı həmkarlar artıq məlumatlandırılıb.