Az.shafaqna.com “Sputnik”-ə istinadən xəbər verir ki, şəhərdə velosipeddən istifadə etmək kalori yandırmağın təhlükəli üsuludur.

Bu haqda rusiyalı fitnes-məşqçi Lev Qonçarov bildirib.

Onun sözlərinə görə, kardio-məşqlər zamanı piyləri effektiv yandıra bilmək üçün nəbzi yüksək saxlamaq lazımdır.

Velosipedlərin problemi budur ki, əgər onlar piyada yolları ilə hərəkət edirlərsə, piyadanı vura bilər, əgər yolun hərəkət hissəsi ilə hərəkət edirlərsə, onları avtomobil vura bilər”, – deyə o qeyd edib.

O, şəhərdə velosipedin olduqca təhlükəli məşğuliyyət olduğunu deyib və əlavə edib ki, buna görə də ehtiyatla və asta sürmək lazımdır, lakin bu cür sürdükdə də yüksək nəbzə nail olmaq çətin olacaq.

O, velosipedlə kalorilərin effektiv yandırılması üçün şəhərdən kənarda yerləşən velodromlar və ya velosiped yolu olan parklara getməyi məsləhət görüb.