Az.shafaqna.com “Associated Press”-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki məzarlıqda 1-ci Dünya müharibəsinin bitməsi günü və ölən əsgərlərin xatirələrinin yad edilməsi ilə bağlı keçirilən tədbirdə partlayış baş verib.

Bu barədə Fransa XİN məlumat verib.

Qeyd edilir ki, qeyri-müsəlmanların dəfn edildiyi sözügedən məzarlıqdakı mərasimdə fərqli ölkədən olan insanlar iştirak edirdi.

Partlayış nəticəsində xəsarət alanlar var.