Ərdoğanın ”F-16”larla bağlı bəyanatı

Az.shafaqna.com türk mediasına istinadən xəbər ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib: “Bir müddətdir ABŞ-la ”F-16”larla bağlı apardığımız danışıqların müsbət nəticələnməsindən məmnunuq”.

Prezident Rəcəb Tayyib Ərdoğan Prezident İqamətgahında keçirilən Nazirlər Kabinetinin iclasından sonra əhəmiyyətli bəyanatlar verib.

Çıxışında ABŞ ilə ”F-16”larla bağlı aparılan danışıqlara toxunan Rəcəb Tayyib Ərdoğan deyib: “Bir müddətdir ABŞ-la ”F-16”larla bağlı apardığımız danışıqların müsbət nəticələnməsindən məmnunuq. Ölkəmizə qoyulan məhdudiyyətlərin aradan qalxması ilə Türkiyənin müdafiə sənayesi sürətlə inkişaf edəcək”.

Bu məqaləni paylaş