Az.shafaqna.com RT-yə istinadən xəbər verir ki, Qırğızıstan prezidenti Sadır Japarov ABŞ dövlət katibi Entoni Blinkenə cavab məktubu yazaraq respublikanın daxili işlərinə qarışmamağa çağırıb.

Xatırladaq ki, Blinken Japarova yazdığı məktubda Qırğızıstanın “Qeyri-kommersiya təşkilatlarına dair” qanununa dəyişikliklərin edilməsi ilə bağlı qanun layihəsindən narahatlığını bildirmişdi.

“Təəssüf hissi ilə qeyd etməliyəm ki, məktubunuzun məzmununda bizim dövlətin daxili işlərinə müdaxilə əlamətləri var”, – deyə Japarov cavab olaraq bildirib.

Qırğız prezident deyib ki, ölkə parlamentinin nəzərdən keçirdiyi qanun layihəsi beynəlxalq normalara zidd deyil.

Daha öncə məlumat yayılmışdı ki, Dövlət Departamenti Qırğızıstandakı demokratik institutların və vətəndaş cəmiyyətlərinin inkişafı layihələrini maliyyələşdirəcək. Qurum maraqlı tərəflərə qrantlar təqdim etməyə hazır olduğunu bildirib.

Japarov Blinkeni Qırğızıstanın daxili işlərinə müdaxilə etməməyə səsləyib

Əvvəlki məqaləBu sənədlərin verilməsi elektronlaşdırılıb
Növbəti məqalədəÖtən həftə 908.9 hektar ərazi minalardan təmizlənib