Moskva və Pxenyan diplomatik kanallar vasitəsilə Rusiya prezidenti Vladimir Putinin KXDR-ə səfərinin vaxtını razılaşdıracaqlar.

Az.shafaqna.com “Sputnik”ə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin birinci Asiya departamentinin direktoru İvan Jeloxovtsev bildirib.

“Bildiyiniz kimi, 2023-cü ilin sentyabrında “Vostochnı” kosmodromunda keçirilən sammit zamanı KXDR-in dövlət məsələləri üzrə sədri Kim Çen In Rusiya prezidentini Pxenyana səfərə dəvət edib. Bu dəvəti bu yaxınlarda ölkəmizə səfəri zamanı KXDR-in xarici işlər naziri Çoi Sonq Hui də təsdiqləyib. Səfərin konkret tarixləri diplomatik kanallar vasitəsilə razılaşdırılacaq” – diplomat bildirib.

Əvvəlki məqaləGömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 7 % azalıb
Növbəti məqalədəBu sənədlərin verilməsi elektronlaşdırılıb