Növbədənkənar prezident seçkilərinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının protokolunun təsdiq edilməsi və seçkilərin nəticələri ilə bağlı fevralın 13-də Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun iclası keçiriləcək.

Az.shafaqna.com xəbər verir ki, bu barədə Konstitusiya Məhkəməsindən məlumat verilib.

Bildirilib ki, iclas saat 11:00-a təyin edilib.

Qeyd edək ki, Konstitusiyanın 103-cü maddəsinə uyğun olaraq, Prezident seçilmiş şəxs seçkilərin yekunları haqqında məlumatın Konstitusiya Məhkəməsi tərəfindən rəsmi elan olunduğu gündən başlayaraq 3 gün ərzində and içməlidir.

Əvvəlki məqaləKobaxidze hökumət tərkibindəki dəyişiklikləri açıqladı
Növbəti məqalədəÖtən ay Hərbi Prokurorluqda qeydə alınmış cinayətlərin 100 faizinin üstü açılıb