Gürcüstan Baş nazirinin birinci müavini vəzifəsini iqtisadiyyat və dayanıqlı inkişaf naziri Levan Davitaşvili icra edəcək.

Az.shafaqna.com “interpressnews”ə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın yeni Baş naziri İrakli Kobaxidze onun rəhbərliyi altındakı hökumətin ilk iclasın zamanı məlumat verib.

Bu gün yeni tərkibdəki hökumətin ilk iclası keçirilir. Mən sizin hər birinizə uğurlar arzu etmək istəyirəm. Ötən illər ərzində sizin hər birinizin iştirakı ilə ölkəmizin inkişafı üçün çoxlu işlər görülüb və buna görə mən bir daha sizin hər birinizə təşəkkür etmək istəyirəm“, – deyə o qeyd edib və keçmiş baş nazir İrakli Qaribaşviliyə əlavə təşəkkürünü ifadə edib.

Kobaxidze bəzi kadr dəyişikliklərini ictimaiyyətə təqdim edərək digər 2 müavinin adlarını da açıqlayıb – mədəniyyət və idman naziri Teya Tsulukiani və müdafiə naziri İrakli Çikovani.

Gürcü Baş naziri hökumət administrasiyasında da dəyişikliklərin olduğunu deyib.

Mixail Peikrişvili hökumətin strateji kommunikasiyalar departamentinin başçısı olacaq“, – deyə o bildirib.

Əvvəlki məqalə“Yandırma, oxu!”: İslamofobiya əleyhinə maraqlı mübarizə
Növbəti məqalədəSabah prezident seçkiləri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun iclası keçiriləcək