Uçan taksilər fəaliyyətə başlayacaq – DUBAYDA

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) uçan taksi xidməti fəaliyyətə başlayacaq.

Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, sözügedən taksilər pilot və 4 sərnişin olmaqla 5 nəfər üçün nəzərdə tutulub.

Qeyd edilib ki, uçan taksilərin ətraf mühitə zərəri 0-a bərabərdir.

Bildirilib ki, taksi 161 km-dək məsafə qət edə bilir, maksimum sürəti isə 320 km/s-dir.

Əlavə edilib ki, bu taksi növü Dubay şəhərində fəaliyyət göstərəcək və 4 stansiyası olacaq – Dubay Beynəlxalq Hava (DBQ) Limanı yaxınlığında, şəhər mərkəzi olan “Downtown”da, “Dubai Marinada” və “Palm Jumeirah”da.

Vurğulanıb ki, DBQ ilə “Palm Jumeirah” arasındakı 45 dəqiqəlik məsafə uçan taksiylə 10 dəqiqəyə qət ediləcək.

ETİKETLƏNDİ:
Bu məqaləni paylaş