Rusiya Qarabağda sülhməramlılar üçün 16 post quracaq

Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Rusiya Qarabağda təmas xətti və Laçin dəhlizi boyu 16 müşahidə məntəqəsi yerləşdirəcək.

Bu barədə Rusiya Silahlı Qüvvələri (SQ) Baş Qərargahının Baş Əməliyyat İdarəsi rəisi Sergey Rudskoy bildirib.

Sözügedən postlar atəşkəs rejiminin pozulması halları barədə məlumat toplamalı, bu məlumatı operativ şəkildə sülhməramlı qüvvələrin komandanlığına çatdırmalı, həmçinin tranzit nəqliyyatın təhlükəsizliyini təmin etməli və dinc əhaliyə qarşı hüquqa zidd hərəkətlərin qarşısını almalıdır.

Bu məqaləni paylaş