Rusiya prezidenti Vlamir Putinin bəyanatına baxmayaraq, Estoniya Rusiya ilə sərhəddə müdafiə xəttinin inşasını davam etdirməyi planlaşdırır.

Az.shafaqna.com RT-yə istinadən xəbər verir ki, bu barədə Estoniya Müdafiə Naziri Hanno Pevkur bildirib.

Qeyd edək ki, Putin bu yaxınlardakı mühasibəsində deyib ki, Rusiyanın Polşa, Latviya və ya başqa kiməsə qarşı ərazi iddiası yoxdur.

Pevkurun sözlərinə görə, Estoniya rəhbərliyi Rusiya ilə sərhəd boyu 600 bunkerin inşası dair planlarından imtina etmək fikrincə deyil.

“Biz hazırda öz hazırlılığımızı artırırıq. Və bunu hər kəs bilməldiri. Təkcə buradakılar, Estoniyadakılar yox, hamı (bilməlidir)”, – deyə eston nazir əlavə edib.

Xatırladaq ki, bir neçə gün öncə Polşa müdafiə naziri Vladislav Kosinyak-Kamış da ölkəsinin müdafiə qabiliyyətinin yüksəldiləcəyini bəyan etmişdi.

Əvvəlki məqaləProfessor təsdiqlədi: Baydendə bu xəstəlik var
Növbəti məqalədəANAMA: Ermənistan bu təmas xəttindəki minalarla bağlı məlumatı təqdim etməyib