ABŞ prezidenti Co Baydendə həqiqətən də artan yaş demensiyasının əlamətləri görünür.

Az.shafaqna.com “Fox News”ə istinadən xəbər verir ki, bu barədə Con Hopkins Universitetinin professoru cərrah Marti Makari bildirib.

Koqnitiv qabiliyyətlərin azalması birbaşa gözlərimiz önündə baş verməkdədir. Onun hazırkı fəaliyyəti ilə, deyək ki, 5 il öncəki fəaliyyəti arasındakı fərq olduqca aydındır“, – deyə o qeyd edib.

Həkim xatırladıb ki, hər bir insan vaxtaşırı olaraq bəzi sözləri unuda bilər və ya səhvə yol verə bilər, lakin Baydendə sürətlə artan yaddaş problemləri və nitq zəifləməsi var.

Makarinin fikrincə, amerikalıların Baydenin prezident seçkilərində iştirakı ilə bağlı narahatlıq üçün bütün əsasları var. Cərrah hesab edir ki, Baydenin vəziyyəti, çətin ki, stabilləşsin və düzəlsin.

 

Demensiya (lat. dementia — ağılsızlıq) — əsas xarakteristikası əvvəlki vəziyyətlə müqayisədə bir çox koqnitiv (əqli) qabiliyyətin pisləşməsi ilə gedən müxtəlif xəstəliklərin simptomlarından biridir.[

Əvvəlki məqaləPaşinyan: Ermənistan NATO-ya üzvlüyü müzakirə etmir
Növbəti məqalədəEstoniya Rusiya ilə sərhəddə 600 bunker tikəcək