Yerevan NATO-ya daxil olmaq məsələsini müzakirə etməyib və etmir də.

Az.shafaqna.com “The Telegraph”a istinadən xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan deyib.

“Gündəliyimizdə belə bir məsələ yoxdur. Yəni biz NATO-ya daxil olmaq məsələsini müzakirə etməmişik və müzakirə etmirik də”, – deyə o bildirib.

Paşinyanın sözlərinə görə, Ermənistanın NATO ilə həmkarlıq münasibətləri var və bu da yeni bir şey deyil.

“Əvvəl bizim individual həmkarlıq proqramımız var idi, indi isə bu proqramın formatı müəyyən əməkdaşlıq formatına dəyişdirilir ki, bu da (Alyansa) üzvlüyü nəzərdə tutmur”, – deyə o əlavə edib.

Paşinyan xatırladıb ki, Ermənistan hazırda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür və hazırda ölkənin hərbi blok strategiyasının uzunvədəli perspektivdə Ermənistanın maraqlarına nə qədər cavab verməsi barədə müzakirələr aparılır.

Əvvəlki məqaləTürkiyənin millət vəkilləri BMT-nin iclasını tərk ediblər
Növbəti məqalədəProfessor təsdiqlədi: Baydendə bu xəstəlik var