Gürcüstan prezidenti Salome Zurabişvili parlament seçkilərinə kimi vaxtı uzatmaq istəyir.

Az.shafaqna.com “Sputnik Georgia”ya istinadən xəbər verir ki, bu barədə müxalifət partiyası olan “Girçi”nin deputatı Yaqo Xviçiya bildirib.

Xatırladaq ki, Zurabişvili parlamentdəki çıxışı zamanı qərbmeyilli siyasi qüvvələri vahid ideya – Avropa İttifaqına (Aİ) inteqrasiya fikri ətrafında birləşməyə çağırıb. Bunun üçün o, “Avropa uğrunda birlik platforması”nı yaratmaq və prezident aparatında Gürcüstanın Avropa gələcəyinə dair ideyaları toplamaqla məşğul olacaq koordinasiya mərkəzi açmaq niyyətində olduğunu və gələcəkdə də birgə sənəd hazırlamaq istədiyini deyib.

Düşünürəm ki, prezident zamanı uzatmaq istəyir ki, özünü seçkilərədək çatdıra bilsin. Məqsəd isə ona qarşı daha az iradın olması və müxalifət üzvü kimi onu tərifləyəcək müxalifətdəki saf insanların olmasıdır. Biz seçkiyə gedib çatacağıq və cənab Salome və onun prezidentliyi isə sabun köpüyü kimi yox itəcək“, – deyə Xviçiya qeyd edib.

Xviçiyanın fikrincə, Zurabişvili və onun sələfi Giogi Marqvelaşvili Gürcüstan tarixində iz buraxmayacaq prezidentlərdir.

Qeyd edək ki, müxalifətin bir qismi, o cümlədən də “Vahid Milli Hərəkat” prezidentlə əməkdaşlığa hazır olduqlarını ifadə ediblər.

Nəzərinizə çataq ki, 2024-cü il 26 oktyabrda Gürcüstanda parlament seçkiləri keçiriləcək.

Əvvəlki məqaləHəcc ziyarətinə getmək istəyənlər üçün qiymət müəyyənləşib
Növbəti məqalədəMagistratura imtahanından iki nəfər xaric edilib