Qəzza sektorunda 2023-cü il 7 oktyabrdan davam edən İsrail bombardmanları nəticəsində həlak olan mülki fələstinlilərin sayı 28 064 nəfərə çatıb.

Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə Qəzza sektorunun Səhiyyə Nazirliyi məlumat yayıb.

Həmçinin yaralı qəzzalıların da sayı 67 611 nəfərədək yüksəlib.

Qeyd edək ki, həyatlarını itirən və xəsarət alanların təxminən 70%-ni uşaqlar və qadınlar təşkil edir.

Əvvəlki məqaləLavrovun müavini: Qarabağ erməniləri regionu könüllü tərk ediblər
Növbəti məqalədə11:00-da magistratura imtahanı başlayır