Az.shafaqna.com xəbər verir ki, Pakistan İslam Respublikasının Ravalpindidəki antiterror məhkəməsi ölkənin keçmiş baş naziri və Pakistan Ədalət Hərəkatı Partiyasının rəhbəri İmran Xanın 9 May iğtişaşları ilə bağlı 12 iş üzrə zaminə buraxılma qərarı verib.

Bu barədə Shafaqna Pakistan məlumat yayıb.

Məlumata görə, on üç cinayət işi üzrə həbs olunan Pakistan İslam Respublikasının xarici işlər naziri Şah Mahmud Qureşi də zaminə buraxılıb.

Zaminə buraxılma ilə bağlı ərizələrə hakim Malik Ejaz Asif tərəfindən baxılıb. Məhkəmə, Pakistan Ədalət Hərəkatı Partiyasının təsisçisinin həbsdə saxlanması üçün heç bir əsasın olmadığını və 9 May işlərində təqsirləndirilənlərin hamısının zamində olduğunu bildirib.

İmran və Qureşi fevralın 6-da məhkəmə önünə çıxarılıb.

Keçmiş baş nazir mayın 9-da İslamabad Ali Məhkəməsinin (IHC) binasından qanunsuz olaraq həbs edildiyini hakimə bildirib.

Xatırladaq ki, İmran Xan mühakimə olunduğu korrupsiya işində ona qarşı verilən həbs qərarından sonra avqustun 5-də polis tərəfindən tutularaq həbsxanaya göndərilmişdi.

3 illik həbs cəzası avqustun 29-da təxirə salınan İ.Xan zaminə buraxılsa da, ertəsi gün prokurorun  “dövlət sirrini açmaqda” ittiham aktına əsasən Xanın azad edilməsinə protest verilmiş və o yenidən həbs olunmuşdu.

Əvvəlki xarici işlər naziri Şah Mahmud Qureşi avqustun 19-da paytaxt İslamabaddakı evində yaxalanıb və oxşar səbəbdən həbsxanaya göndərilmişdi.

Əvvəlki məqaləQəzalarda ölənlərin 32.1%-i təhlükəsizlik kəməri taxmayıb
Növbəti məqalədəBakıda COP29 çərçivəsinə dini liderlərin sammiti keçiriləcək