Az.shafaqna.com mövludlar ayı olan Şabanın təqvimini təqdim edir.

3 şaban: İmam Hüseynin (ə) səadətli doğum günüdür. Şeyx Tusi “Misbahul-mutəhəccid”də qeyd edir ki, İmam Həsən Əskərinin (ə) buyurduğu hədisə istinadən, İmam Hüseynin (ə) mübarək doğum günü şaban ayının 3-ü cümə axşamı gününə  təsadüf etmişdir (hicri-qəməri 3-cü il).(1)

4 şaban: Bir rəvayətə görə Həzrət Əbəlfəzl Abbasın (ə) səadətli doğum günüdür (hicri-qəməri 26-cı il).(2)

5 şaban: Bir rəvayətə görə İmam Zeynul-Abidin Əli ibn Hüseynin (ə) səadətli mövlud günüdür (hicri-qəməri 38-ci il).(3)

15 şaban: Bəşəriyyətin xilaskarı İmam Zamanın (ə.f) səadətli mövlud günüdür. O həzrət hicri-qəməri 255-ci ildə Samirra şəhərində dünyaya gəlmişdir.(4)


1-Misbahul-mutəhəccid, s.826.
2-Həzrət Əbəlfəzl Abbasın həyatı, s.22.
3-Biharul-ənvar, c.46, s.14. Alimlərin bir qrupu o həzrətin doğum gününün cəmadiul-əvvəl ayının 15-də, bir qrupu isə cəmadius-sani ayının 15-də olduğunu qeyd etmişlər. Ətraflı məlumat üçün müraciət edin: Biharul-ənvar, c.46, s.12-15.
4-Biharul-ənvar, c.51, s.4, 19, 23, 28.

Əvvəlki məqaləİki PKK terrorçusu təslim olub – Türkiyə MMN
Növbəti məqalədəBakıda 20 dərəcə isti gözlənilir – SABAH