Rusiya ABŞ-ı İŞİD-çilərə təlim keçməkdə ittiham etdi

Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, ABŞ-lı təlimatçılar “Əl-Hol” düşərgəsinin məhbuslarından 30-a yaxın İŞİD terrorçusuna hazırlıq keçməkdədir.

Qaçqınların geri qaytarılması üzrə Rusiya-Suriya koordinasiya qərargahının başçısı Mixail Mizinsev bildirib ki, bu addım qeyri-qanuni silahlı birləşmələrin cərgələrini doldurmaq üçün atılır.

“Cari ilin avqustundan sentyabrınadək “Əl-Hol”-da saxlanılan məhbus İŞİD terrorçuları sırasında 30 nəfərədək insandan ibarət dəstə yığılıb”, – deyə o qeyd edib.

Mizinsevin sözlərinə görə, ABŞ-lı təlimatçıların rəhbərliyi ilə bu insanlar 2 aylıq xüsusi hazırlıq kursunu keçirlər.

“Bu cür vəziyyətdən xeyir güdənlər ərəb ata sözünün hikmətini anlamaları yaxşı olardı: “Külək əkən, tufan biçər”, – deyə o əlavə edib.

Xatırladaq ki, Suriyada yüzlərlə qaçqın düşərgəsi var, ən iriləri isə hökumətin nəzarətində olmayan ərazilərdədir. Ən məşhur düşərgələr isə “Rukban” və “Əl-Hol”-dur.

Bu məqaləni paylaş