Müxalifət cəbhəsindən olan “Vahid Milli Hərəkat” (VMH) öz daxili işlərini, o cümlədən də həbsdə olan eks-prezident Mixail Saakaşvili ilə bağlı məsələlərini özü həll etməlidir.

Az.shafaqna.com “Sputnik Georgia”ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Baş naziri İrakli Kobaxidze bəyan edib.

Xatırladaq ki, artıq illərdir Gürcüstan vətəndaşlığı olmayan Saakaşvili VMH-nin seçkiqabağı kampaniyasına qoşulmaq qərarı qəbul edib. Partiya bu qərarı dəstəkləyib.

Mənə maraqlı deyil. Onlar özləri partiya daxilində kadr qərarları qəbul edə bilərlər. Bu addımlar onları resursu artmayacaq. Bu, onların daxili işidir“, – deyə Kobaxidze qeyd edib.

Baş nazirin sözlərinə görə, hakim “Gürcü Arzusu” partiyası böyük dəstəyə sahibdir və bunun artırılmasının üzərində çalışır.

Bizim seçki öncəsində çox güclü mövqelərimiz var, bizim reytinqimiz 60 faizədəkdir. Əsas olan mövqelərimizi qoruyub saxlamaq və daha çox möhkəmlətməkdir. Bu, ölkəmizin stabil inkişafı üçün lazımdır“, – deyə o qeyd edib.

Xatırladaq ki, Saakaşvili 2015-ci ildə Ukrayna vətəndaşlığı almaqla Gürcüstan vətəndaşlığını itirib. Digər ölkə vətəndaşı olaraq onun Gürcüstanda siyasi fəaliyyətlə məşğul olmaq və üstəlik də partiyaya başçılıq etmək hüququ yoxdur.

Əvvəlki məqaləAzərbaycan və İsveçrə arasında siyasi məsləhətləşmələr keçirilib
Növbəti məqalədəXankəndidə silahlar aşkarlanıb