Xilasedicilər İmereti regionunun Baqdat rayonunun Nergeeti kəndində baş vermiş qar uçqunu nəticəsində həlak olmuş sonuncu – 9-cu şəxsin də cəsədini aşkar ediblər.

Az.shafaqna.com “Sputnik Georgia”ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Güclü yağıntılardan sonra 7 fevralda yaşanan sürüşmə 4 evi tamamilə dağıdıb və Xanistskali çayı dərəsinin sağ yamacındakı avtomobil yolunu örtüb. Təbii fəlakət zamanı həmin evlərdə 9 nəfər olub. Xilasedicilər həlak olan 9 nəfərin hamısının cəsədlərini tapıb.

Fəlakət zonasında 200 xilasedici çalışıb. Həmçinin kinoloq qrupu da ərazilə işləyir.

Əvvəlki məqaləİraqdan ABŞ-nin Bağdada hücumuna etiraz
Növbəti məqalədəHəzrət Məhəmmədin (s) Peyğəmbərliyə seçildiyi gün