Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Gürcüstan prezidenti Salome Zurabişvili Qarabağdakı vəziyyətə münasibət bildirib.

Qafqazda yeni dövr başlayır” deyən Zurabişvili Azərbaycan və Ermənistanı “faciəvi müharibənin bitməsi” münasibəti ilə təbrik edib.

O, bütün vasitəçilərə öz təşəkkürünü, həmçinin həyatını itirənlərin ailələrinə başsağlığını ifadə edib.

Sülh və sabitliyin alternativi yoxdur! Biz birlikdə Azərbaycan, Gürcüstan və Ermənistan arasında əməkdaşlığın yeni mərhələsini başladırıq”, – deyə Gürcüstan prezidenti əlavə edib.