Az.shafaqna.com RT-a istinadən xəbər verir ki, Yerevanda Ermənistan hökumətinin binası iğtişaşların təkrarlanmasına yol verməmək məqsədi ilə mühasirəyə alınıb.

Nazirlər kabineti binasının yaxınlığında zəncirvarı halda əllərində qalxan və dəyənəklərlə asayiş keşikçiləri dururlar.

Xatırladaq ki, gecə Qarabağda müharibənin bitməsinə dair əldə edilən razılıqdan sonra Yerevanda iğtişaşlar baş verib.

Etirazçılar hökumət və parlament binasına soxularaq talanlar törədiblər.