Az.shafaqna.com xəbər verir ki, Rusiya Liberal Demokrat Partiyası (RLDP) lideri Vladimir Jirinovski Qarabağla bağlı əldə edilən razılıq barədə danışıb.
O, bu barədə özünün “Telegram” kanalında yazıb.
“Bu gün çox gözəl gündür. Cənubi Qafqazdakı toplar susdu. Ümid edək ki, bu, uzun müddət belə olacaq”, – deyə o bildirib.
Jirinovski deyib ki, bu məsələdə Rusiya ordusu zamin durub.
“Biz gecə yatarkən, təyyarələr Dağlıq Qarabağa bir neçə min sülhməramlımızı çatdırdı”, – deyə rusiyalı siyasətçi əlavə edib.
Xatırladaq ki, bu gün gecə saatların Azərbaycan, Rusiya və Ermənistan başçıları arasında Qarabağda döyüşlərin dayandırılmasına dair razılıq əldə edilib. Razılaşmanın şərtlərinə əsasən, işğalçı və separatçı erməni qüvvələri Azərbaycan torpaqlarında çıxır və ərazilər həqiqi sahibə – Azərbaycana geri qaytarılır.