Paşinyan: Qarabağ müharibəsinin dayandırılması barədə bəyanat imzaladım

70
0

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan və Rusiya liderləri ilə Qarabağda hərbi əməliyyatların dayandırılması barədə bəyanat imzaladığını bildirib.

Bu barədə Az.shafaqna.com Sputnik-ə istinadən xəbər verir ki, müraciətdə deyilir:

“Hörmətli vətəndaşlar, bacılar və qardaşlar, şəxsən mənim və bütün hamımız üçün çox ağır bir qərar verdim. Rusiya və Azərbaycan prezidentləri ilə birlikdə 01.00-da etibarən Qarabağ müharibəsinin dayandırılması barədə bəyanat imzaladım”, – deyə o Facebookdakı səhifəsində yazıb.

Qarabağda Azərbaycan Ordusunun əks-hücum əməliyyatı sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin təxribatına cavab olaraq başlamışdı.

Əməliyyat nəticəsində Azərbaycan Silahlı Qüvvələri Şuşa, Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı şəhərlərini, yüzlərlə digər yaşayış məntəqəsini azad edib.