Az.shafaqna.com RT-a istinadən xəbər verir ki, Rusiya və Suriya prezidentləri Vladimir Putin və Bəşər Əsəd arasında onlayn görüş baş tutub.
“İran və Türkiyədən olan həmkarlarımızın iştirakı ilə Astana formatı çərçivəsində keçirilən effektiv işi də qeyd etməmək olmaz. Birgə səylərlə biz bir çox şeyə nail ola bilmişik. Suriyadakı beynəlxalq terrorçuluq ocağı faktiki olaraq yox edilib”, – deyə Putin bildirib.
Onun sözlərinə görə, zorakılıq səviyyəsi nəzərəçarpacaq dərəcədə azalıb, dinc həyat yoluna düşür.
“BMT himayəsi ilə inklüziv siyasi proses aparılır. Bu mərhələdə Suriyada müharibədən sonrakı bərpa məsələsi də prinsipial mühüm əhəmiyyət kəsb edir. İlk növbədə də Suriyalı qaçqınları və məcburi köçkünlərin vətənlərinə geri dönmələri”, – deyə Putin əlavə edib.