
Az.shafaqna.com “CNN Turk”-a istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə keçirdiyi telefon danışıqları zamanı Qarabağ probleminin həlli üçün işçi qrupun yaradılmasını təklif edib.
Bu barədə diplomatik mənbədən məlumat verilib.
Xatırladaq ki, Ərdoğan və Putin şənbə günü Qarabağdakı vəziyyəti müzakirə ediblər. Kremldən qeyd edilib ki, tərəflər bu regionda münaqişənin dinc həllinə nail olmaq üçün qarşılıqlı hərəkətə hazır olduqlarını təsdiq ediblər.
Bildirilir ki, Putin türkiyəli həmkarının təklifini müsbət qarşılayıb, artıq yaxın günlərdə Qarabağ böhranı ilə bağlı danışıqlar ikitərəfli formata keçə bilər və bu, ATƏT-in Minsk qrupunun işindən asılı olmayaraq fəaliyyət göstərəcək.
Yeni qrup sülhdən sonrakı dövr tədbirləri və siyasi yolunaqoyma prosesinin aparılması üçün fəaliyyət göstərəcək.
Ərdoğan və Putinin danışıqlarından sonra iki ölkə XİN başçıları da telefon danışıqları keçiriblər.





























