
“Daha 60 gün karantin rejiminin tətbiq olması ilə bağlı xəbərlər şayiədir”.
Az.shafaqna.com-un məlumatına görə, bunu bu gün Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi bildirib ki, qərarlar epidemioloji vəziyyət təhlil olunaraq verilir.
“Vəziyyətin qiymətləndirilməsindən asılı olaraq qərar veriləcək”, –deyə Hikmət Hacıyev əlavə edib.






























