
Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, 9 noyabrdan Gürcüstanın bütün iri şəhərlərində tətbiq edilən hərəkət məhdudiyyəti ilə bağlı dəmir yolları da qatarların hərəkət cədvəlini dəyişir.
“Gürcüstan Dəmir Yolları (GDY) qatarların hərəkət cədvəlini dəyişir. Biletləri artıq almış və yeni cədvələ əsasən çıxa bilməyən şəxslər belə biletləri geri qaytara bilər. GDY məbləğin tam qaytarılmasını təmin edəcək”, – deyə bildirilib.
Dəyişmiş cədvəllə buradan tanış ola bilərsiniz.
Ən gec reys Batumidən Tbilisiyə 20:30-da çatacaq, ən tez qatar isə 07:20-də Tbilsidən Batumiyə doğru hərəkətə başlayacaq.
Xatırladaq ki, şənbə günü Gürcüstan hökuməti 9 noyabrdan hər gün 22:00-dan 05:00-dək vətəndaşların 7 iri şəhərdə hərəkətini məhdudlaşdırmaq qərarı qəbul edib.






























