Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trampın “gedişindən” sonra İran qonşu ölkələrə əməkdaşlıq və dialoq aparmağı təklif edib.

Bu barədə İran XİN başçısı Məhəmməd Cavad Zərif bildirib.

Tramp getdi, biz və qonşular isə qaldıq. Yadlara arxalanmaq təhlükəsizlik gətirmir, sadəcə ümidləri puç edir”, – deyə o qeyd edib.

Zərif əlavə edib ki, “xalqlar və ölkələrimizin ümumi maraqlarının təmin edilməsi üçün əməkdaşlıq əlini uzadırıq. Biz hər kəsi dialoqa səsləyirik, çünki o, ziddiyət və gərginliklərin həllinin yeganə yoludur”.

Xatırladaq ki, ABŞ-da keçirilən prezident seçkilərinin qalibi demokratların namizədi Co Bayden olub. Tramp isə seçkilərin saxtalaşdırıldığını iddia edərək məhkəmə yolu ilə qələbə qazanacağını bildirir.