Az.shafaqna.com SANA-ya istinadən xəbər verir ki, Suriyada içərisində ABŞ hərbçilərinin olduğu patrul maşını minaya düşüb.

Hadisə ölkənin şimal-şərqində baş verib. Əsgərlərin olduğu nəqliyyat vasitəsi Həsəkə – Deyr-əz-Zor yolu ilə hərəkət edirdi.

Partlayış nəticəsində azı 4 ABŞ hərbi qulluqçusunun öldüyü bildirilir.

İnsidentin digər təfərrüatları barədə məlumat verilməyib.