
Az.shafaqna.com “France Presse”-yə istinadən xəbər verir ki, İŞİD terrorçuları Bağdad yaxınlığında silahlı hücum törədiblər.
Bu barədə İraq təhlükəsizlik xidmətindəki mənbədən məlumat verilib.
“İŞİD terrorçuları müşahidə məntəqəsinə hücum edərək Həşd qəbiləsinin 5 nümayəndəsini qətlə yetiriblər”, – deyə qeyd edilib.
Həmçinin İŞİD-in hücumunu dəf etməyə yardım üçün gələn 6 yerli sakin də həyatını itirib.
Həmçinin 8 nəfər də yaralanıb.
Bildirilir ki, hücuma məruz qalmış hərbi məntəqə İraq paytaxtı hava limanının yaxınlığında olub. Terrorçular məntəqədəki könüllü döyüşçülər, hərbçilər və dinc sakinlərə qumbara ilə hücum ediblər, daha sonra onları silahdan atəşə tutublar.
Hücumun digər təfərrüatları barədə hələ məlumat verilməyib, məhv edilən terrorçuların sayı da hələ müəyyən edilməyib.






























