Az.shafaqna.com “MacRumors”-a istinadən xəbər verir ki, “Apple”-nin yeni “iPhone” modeli hazırkı modeldən daha olacaq.

Bu haqda Ceff Punun hesabatında deyilir.

5,4 düymlük “iPhone 12” 749 dollar olacaq ki, bu da, 11-ci modeldən 50 dollar baha deməkdir.

Bahalaşmaya səbəb isə 5G-texnologiya və OLED-matrisadan istifadə edilməsidir.

Ceff Pu hesab edir ki, qiymətin artması tələbata təsir etməyəcək, lakin “Apple”nin “iPhone” komplektində pulsuz aksessuarlardan imtinasının fonunda mübahisələrə səbəb olacaq.

O, digər devaysların neçəyə olacağı barədə danışmayıb.

Jurnalistlərin ehtimalna görə, 6,1 düymlük “iPhone 12” 799-849 dollar diapazonunda olacaq.

Bahalşamanın Pro və Pro Max modellərinə toxunub-toxunmayacağı isə hələ məlum deyil; 2019-cu ildə bu modellərin, müvafiq olaraq, 999 və 1099 dollar olaraq qiymətləşdirilmişdi.

Ceff Punun məlumatı Con Prosserin proqnozundan fərqlənir. Prosserin versiyasına görə, “iPhone 12” modellərinin qiyməti 649 dollardan başlayacaq, digər versiyalarının qiymətləri isə 749, 999 və 1099 dollar olacaq.

Qeyd edək ki, iyunda bəlli olub ki, “Apple” “iPhone” modellərini pulsuz qulaqcıq və enerji adaptoru ilə təmin etməyəcək.