ABŞ-nin başçılıq etdiyi beynəlxalq koalisiya qüvvələri İraq ərazisindan çıxarılmalıdır.
Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə İraq prezidenti Məhəmməd əs-Sudani bəyan edib.
O deyib ki, rəsmi Bağdad xarici qoşunların tez bir zamanda İraqı tərk etməsini istəyir.
Əs-Sudaninin fikrincə, bu proses danışıqlar yolu ilə həyata keçirilə bilər.
O bildirib ki, Qəzza sektorundakı müharibənin fonunda İraqda koalisiya qüvvələrinin mövcudluğu regionun sabitliyini poza bilər.
Xatırladaq ki, daha öncə İraq prezidenti də koalisiya qoşunlarının fəliyyətinin reqlamentləşdirilməli olduğu bildirib.
Həmçinin bir neçə gün öncə İraq Baş naziri Məhəmməd Əs-Sudani ölkəsindəki beynəlxalq koalisiya qüvvələrinin İraqdan çıxarılmalı olduğunu və bu istiqamətdə prosesin başladılacağını bəyan edib.
Bunun fonunda isə Pentaqonun rəsmisi ABŞ-nin öz qoşunlarını İraqdan çıxarmaq fikrində olmadığını deyib.
