РИА Новости

Az.shafaqna.com “BelTA”-ya istinadən xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko ABŞ-dakı prezident seçkilərini “rüsvayçılıq” adlandırıb.

Siz bir baxın və görün bu seçkilərlə nələr baş verir. Bu ki biabırçılıqdır, həmin demokratiyanı lağa qoymaqdır”, – deyə o bildirib.

Lukaşenko bu fikirləri ABŞ-dakı prezident seçkilərinin hələ də nəticələrinin açıqlanmamasına və “səsvermə və səslərin hesablanması proseduru zamanı bir sıra problemlərin yaranmasına görə” səsləndirib.

O qeyd edib ki, Belarusa qarşı olduğu kimi, Qərb ölkələrinin bu vəziyyətdə ABŞ-dan yeni seçkilərin keçirilməsini necə tələb edəcəyinə baxacaq.

Mən indidən deyə bilərəm: heç cür, qorxacaqlar”, – deyə Belarus prezidenti əlavə edib.