Pakistanda İslam təbliğatında böyük işlər görmüş Şeyx Möhsün Əli Nəcəfi vəfat edib.

Az.shafaqna.com xəbər verir ki, böyük mərcə təqlid Ayətullah Əl Üzma Seyid Sistani bu vəfat xəbərindən sonra başsağlığı bəyanatı yayıb.

Bəyanata deyilir:

“بسم الله الرحمن الرحيم

 انا لله وانا اليه راجعون

Bağışlayan və Mərhəmətli Allahın adı ilə.

Allahdan gəlmişik, Ona tərəf qayıdacağıq!

Höccətül İslam Vəl Muslimin cənab Hacı Şeyx Möhsün Əli Nəcəfinin vəfat xəbərini təəssüf və hüznlə qarşıladıq.

Mərhum mübarək həyatının bir neçə ilini aydın dinin təbliğinə həsr etmiş, həmçinin Pakistanda bir neçə elm və təhsil mərkəzləri yaradaraq onları idarə etməklə ölkənin din icmasına kömək etmişdir. Allah onu yaxşılıq edənlərə ən gözəl mükafatla mükafatlandırsın.

Bu böyük itki ilə əlaqədar Pakistandakı imanlı qardaş və bacılarıma, xüsusilə də onun ailəsinə və sevənlərinə başsağlığı verirəm, Allahdan mərhumun məqamını yüksəltməyi, ailəsinə səbr və böyük mükafat diləyirəm.

ولا حول ولا قوة الا بالله العلي العظيم

(Allahdan başqa güc qüdrət yoxdur).

Əli Hüseyni Sistani, Nəcəf”

Əvvəlki məqaləQanunsuz ağac kəsən şəxs məsuliyyətə cəlb olunub
Növbəti məqalədəŞoyqu: Ukrayna Silahlı Qüvvələrinin itkiləri son bir ildə 215 min nəfəri keçib