Az.shafaqna.com xəbər verir ki, 2022-ci ilin dekabrında Las-Veqasda American Journey Newsonu məğlub edən, sonra isə qəfildən ekrandan itən UFC döyüşçüsü Qazaxıstanlı Sergey Morozov İslamı qəbul etməsindən danışıb.

O etiraf edib ki, dini dəyişmək qərarına yaşadığı mühit təsir edib. “Bizi əsasən müsəlmanlar əhatə edir. Onlar öz nümunələri ilə, yaxşı xasiyyətləri ilə, on il ərzində mənə olan münasibəti ilə yəqin ki, çağırışlarını yerinə yetiriblər. İslam dinində heç bir məcburiyyət yoxdur – bir insanı məcbur edə və ya ona heç bir şəkildə təzyiq göstərə bilməzsən. On il ərzində onlar səbir göstərdilər, mənə izah etdilər, müsəlmanların necə yaşadığını, müsəlmanın kim olduğunu yaxşı nümunə göstərdilər. Bu da səbəblərdən biri idi”, – deyə idmançı bildirib.

Sergey pravoslav ailəsində anadan olub. Uşaq ikən xaça çəkilib, hər bazar günü kilsə xidmətlərində iştirak edər, məsihilərə xas ibadətlər yerinə yetirirmiş.

Sergey İslamı qəbul etdikdən sonra onun arvadı da müsəlman oldu və qohumları pravoslav inancını saxladılar. Amma peşəkar idmançı deyir ki, onlar üçün dua etməkdən heç vaxt əl çəkmir ki, İslama gəlsinlər.

Bir il ərzində Sergey Morozov Həcc və Ümrəni başa vurmağı bacarıb. “Ona görə də ora getdiyim üçün çox şadam. Orada olmaqdan həzz aldım. İndi mən həmişə ora yenidən necə getməyi düşünürəm – bunu mütləq etmək niyyətindəyəm” deyir.

*UFC qarışıq döyüş növlərinin ilk beynəlxalq çempionat kimi 12 noyabr 1993-cü ildə yaradılmışdır. Çempionatın təşkilatçısı Dana Whitedir. Yarışlar ABŞ-nin Las-Veqas şəhərində keçirilir. Bu dünya şöhrətli idman yarışında qalib elan olunmuş döyüşçüyə yarışın fəxri qızıl kəməri və pul mükafatı verilir.