Az.shafaqna.com xəbər verir ki, Şiə dünyasının böyük təqlid mərcələrindən olan Ayətullah Sistani İranın Kirman şəhərində baş verən terror aktı ilə bağlı başsağlığı verib.

Başsağlığı mesajında deyilir:

“Bismillahir Rəhmanir Rəhim

انالله و اناالیه راجعون

İnna lillahi və inna ilayhi raciûn.

“Biz Allahdanıq və Ona qayıdacağıq”.

Bu gün (İranın) Kirman vilayətində baş verən və yüzlərlə günahsız insanın ölümünə səbəb olan terror xəbəri böyük kədərə səbəb olub.

Bu dəhşətli terror aktında həyatını itirənlərin ailələrinə və İran xalqına başsağlığı verir, şəhidlərə Allahdan rəhmət, yaralananlara isə tezliklə şəfa diləyirik.

20 Cəmadi əl-Sani/ 1445 Hicri

Ayətullah Sistaninin ofisi – Nəcəfül-Əşrəf”

Qeyd edək ki, bu gün İranın Kerman əyalətində Qasim Süleymaninin məzarı yaxınlığında yürüş edən insanlar terror hücumu ilə hədəfə alınıb. Çox sayda insan ölüb və yaralanıb.

Əvvəlki məqaləNigeriyada silahlılar iki kənddə 15 nəfəri öldürüblər
Növbəti məqalədə“Zirə” ukraynalı futbolçusu ilə yollarını ayırıb