
Az.shafaqna.com xəbər verir ki, ABŞ-da sutka ərzində 121 888 koronavirusa yoluxma halı müəyyən edilib.
Bu rəqəm pandemiyanın əvvəlindən qeydə alınan rekord göstəricidir.
Müvafiq məlumat Cons Hopkins universiteti tərəfindən verilib.
ABŞ-da ümumilikdə 10 milyona yaxın insan COVID-19 vurisuna yoluxub, 6,3 milyon insan sağalıb, 241 min insan isə vəfat edib.






























